...

Səfir Arif Məmmədov Belçika kralı ilə görüşəcək

Siyasət Materials 6 Fevral 2007 12:48 (UTC +04:00)
Səfir Arif Məmmədov Belçika kralı ilə görüşəcək

Azərbaycanın Benilüks öləkələrindəki eks-səfiri Arif Məmmədov fevralın 7-də Belçika kralı II Albertlə görüşəcək. Bu barədə Trend ə səfir özü bildirib.

Onun sözlərinə görə, görüş diplomatik missiyanın başa çatması münasibətilə olacaq. Bununla əlaqədar səfir artıq böyük Lüksemburq hersoqu ilə görüşüb, həmçinin Hollandiya kraliçası Beatrikslə görüşməyi planlaşdırıb.

Xatırladaq ki, A.Məmmədov 2006-cı il dekabrın 14-də Aİ yanında və Benilüks ölkələrində səfir vəzifəsindən geri çağrılıb və Azərbaycanın Avropa Şurasında daimi nümayəndəliyinin rəhbəri vəzifəsinə təiyn edilib. Səfir A.Məmmədov Avropa Şurası baş katibi Terri Devisə yanvarın 16-da etibarnaməsini təqdim edib.

Xəbər lenti

Xəbər lenti