...

Azərbaycan "Boeing" təyyarələrinin alınmasına dair müqavilə bağlayıb

Siyasət Materials 6 Fevral 2007 13:27 (UTC +04:00)

Trend xəbər verir ki, bu gün Bakıda AZAL Dövlət Konserni tərəfindən "Boeing" şirkəti istehsalı olan 5 təyyarənin alınmasına dair müqavilə bağlanıb.

Alınan təyyarələr arasında iki təyyarə Boeing 737-900, üç təyyarə isə yeni Boeing - 787 markalıdır.

Bu təyyarələrin alınmasına dair müqavilənin dəyəri 400 milyon dollardır. Bu razılaşmanın bir hissəsini Amerikanın "Exim Bank"ı maiyyəlşdirməyə hazırdır.

787-8 Dreamliner və Boinq 787-9 Dreamliner modifikasiyaları üçsinifli salonda 15700 km və 15400 km məsafəlik marşrut üzrə müvafiq olaraq 223-259 sərnişin aparmağa qabildir. Alınan yeni təyyarələrin dahi bir modifikasiyası - Boinq 787-3 Dreamliner ikisinifli salonda 6500 km məsafə üzrə 296 sərnişin aparmağa qabildir.

Xəbər lenti

Xəbər lenti