...

"Bizim Azərbaycan" bloku müxalifəti siyasi səhnədən getməyə çağırır

Siyasət Materials 6 Fevral 2007 15:22 (UTC +04:00)

Bir neçə müxalifətyönlü partiyanın birləşiyi "Bizim Azərbaycan" bloku Azərbaycan müxalifətini siyasi fəaliyyətini dayandırmağa və siyasi səhnədən getməyə çağırır. Bu bəyanat barədə Trend ə "Bizim Azərbaycan" blokundan məlumat verilib.

Blokun bəyanatında bildirilir ki, ölkə vətəndaşların yeganə ümid yeri olan müxalifət yaranmış yeni situasiyada öz üzərinə düşən vəzifəni yerinə yetirmək, birgə etiraz aksiyaları keçirmək əvəzinə, yenə də fəaliyyətsizlik göstərərək, öz ənənəsinə sadiq qalaraq görüntü yaratmaqla, baş qatmaqla məşğuldur: ""Bizim Azərbaycan" bloku belə bir nəticəyə gəlib ki, bu günə kimi yalnız görüntü yaratmaqla kifayətlənən, xalqın ümidlərini doğrultmayan, hazırkı hakimiyyətin əlavəsinə çevrilən müxalifət siyasi səhnədən getməlidir. Çünki bu uzun zaman ərzində mübarizə strategiyası və taktikası yanlış olan siyasi qüvvənin meydandan getməkdən başqa yolu yoxdur"-deyə bəyanatda vurğulanır. Blok həmçinin yeni müxalifət qüvvələrinin meydana gəlməsinin, iqtidar-müxalifət dialoqunun baş tutmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, 2003-cü ildə keçirilən prezident seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəkləmək üçün müxalifət qüvvələrinin "Bizim Azərbaycan" bloku yaradıldı. Sonradan Müsavat və daha bir neçə partiyanın tərk etdiyi bu blokda hazırda 10 adda siyasi partiya təmsil olunur.

Xəbər lenti

Xəbər lenti