...

Gürcüstanın ədliyyə naziri Azərbaycana gələcək

Siyasət Materials 6 Fevral 2007 18:01 (UTC +04:00)

Gürcüstanın ədliyyə naziri Giya Kavtaradze fevralın 8-də Azərbaycana gələcək. Gürcüstanın Ədliyyə Nazirliyindən Trend ə verilən məlumata əsasən, səfər Azərbaycan Ədliyyə Nazirliyinin rəsmi dəvəti çərçivsəində həyata keçirilir.

Gürcüstan nümayəndə heyətinə ədliyyə nazirinin müavini Givi Mikanadze, məhkəmə ekspertiza üzrə milli büronun rəhbəri Mamuka Mamaladze daxildir.

Birgünlük səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, Ali məhkəmənin rəhbəri Ramiz Rzayev və baş prokuror Zakir Qaralovla görüşlər keçirəcək.

Görüşlər çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Səfərin yekununda Azərbaycan və Gürcüstan ədliyyə nazirlikləri arasında mövcud olan müqavilə əsasında 2007-ci il üçün əməkdaşlıq planı imzalanacaq.

Xəbər lenti

Xəbər lenti