...

Azərbaycan bankları AMB-nin kapitallaşdırma üzrə tələbini yerinə yetirdilər

Siyasət Materials 7 Fevral 2007 13:02 (UTC +04:00)
Azərbaycan bankları AMB-nin kapitallaşdırma üzrə tələbini yerinə yetirdilər

Azərbaycan Milli Bankı bankların kapitallarının 1 yanvar 2007-ci il tarixində müəyyən olunmuş 8,2 mln. manat səviyyəyə qədər artırılması üçün fevralın 1-dək vaxt verib. Bu barədə Trend xəbər verir.

AMB-nin baş direktoru Rüfət Aslanlının çərşənbə günü verdiyi xəbərə görə, bankın səhmdarları və menecmenti ilə görüşdə AMB bu çatışmazlıqların aradan qaldırılması haqqında əsas əldə edib. Bu tələb beş bank tərəfindən yerinə yetirilməyib, halbuki təfərrüatlar göstərib ki, yalnız iki bankda tam yığılmamış kapital var. Səbəb isə bundan ibarətdir ki, yeni il bayramları ilə bağlı heç də bütün banklar öz kapitallarının artırılması üçün emissiya yerləşdirə bilməyiblər.

R.Aslanlı qeyd edib ki, əldə olan məlumatlara görə, bu banklar öz kapitallarını tamamlayıb və fevralın 1-də təqdim olunan hesabatlarda bu, öz əksini tapmalıdır.

Hazırda bir bank hələ də hesabat təqdim etməyib, ona görə də AMB tələblərinin yerinə yetirilməsi respublikada fəaliyyət göstərən 43 banka şamil edilir. R.Aslanlının sözlərinə görə, hazırda 11 bank AMB-nin 10 mln. manat həcmində normativ tələbini yerinə yetirirlər, bu isə 1 iyul 2007-ci il tarixinə müəyyən olunub. Bu banklar risk zonasından kənarda yerləşirlər, qalan banklar isə artıq bildiriblər ki, tələbi 8,2 mln. manat yerinə yetiriblər.

Xəbər lenti

Xəbər lenti