...

DGK başçısı: Azərbaycanın Gömrük Məcəlləsinin yeni variantının hazırlığı başa çatıb

Siyasət Materials 7 Fevral 2007 13:33 (UTC +04:00)
DGK başçısı: Azərbaycanın Gömrük Məcəlləsinin yeni variantının hazırlığı başa çatıb

Dövlət Gömrük Komitəsi (DGK) Gömrük məcəlləsinin yeni variantının hazırlığını başa çatdırıb. DGK sədri Aydın Əliyevin Trend ə verdiyi xəbərə görə, hazırda yalnız onu redaktə etmək məsələsi qalıb, belə ki, o, tam beynəlxalq qanunverici dildə yazılıb. "İndi o, milli qanunverici dilə uyğunlaşdırılır, sonra isə hökumətə təqdim olunacaq. Sənədin ümumi hissəsi artıq hazırdır", - deyə A.Əliyev qeyd edib.

Qanunverici bazanın beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi BMT-nin və Avropa Birliyinin gömrük xidmətinin təkmilləşdirilməsi üzrə İnkişaf proqramı layihəsi çərçivəsində nəzərdə tutulub. Azərbaycanda gömrük sisteminin davamlı inkişafının təmin olunması üçün vəzifələrdən biri Gömrük məcəlləsinin yeni variantının hazırlanması idi.

Bunun üçün ekspert cəlb olunub. O, həm də əvvəllər Rusiya və Qazaxıstanda işləyib, ona görə də bölgə ilə yaxından tanışdır. Məcəlləyə informasiya texnologiyaları daxil edilib, eləcə də əsas diqqət gömrük əməkdaşının imkanları və fəaliyyətini təshih edən maddələrə yönəldilib.

Xəbər lenti

Xəbər lenti