...

Tbilisidə Heydər Əliyevin şərəfinə memorial açılıb

Siyasət Materials 7 Fevral 2007 15:12 (UTC +04:00)

Bu gün Tbilisidə, Mtkvarinin sağ sahil küçəsində Azərbaycanın eks-prezidenti Heydər Əliyevin memorialı açılıb. Trend in Güurcüstan müxbiri xəbər verir ki, təntənəli açılış mərasimində Gürcüstan prezidenti Mixail Saakaşvili və Azərbaycan prezidenti İlham Əliyev, ictimaiyyət nümayəndələri, azərbaycanlı Gürcüstan vətəndaşları iştirak ediblər.

Dörd metr hündürlüyündə monument "Oksino" şirkəti tərəfindən hazırlanıb. Memorial lövhədə göstərilib ki, monumentdən Bakıya qədər 556 kilometr, Ankaraya qədər 1 441 kilometrdir. Monumentin qoyulması 28 min lariyə (təxminən 16 min dollar) başa gəlib. Bu gün həmçinin sağ sahil küçəsinin bir hissəsi Heydər Əliyevin adına adlandırılıb. Küçənin qalan hissəsi əvvəl olduğu kimi, Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdianın adını daşıyır.

Kvemo Kartli regionunun qubernatoru Zurab Melikişvili Trend ə bildirib ki, xalq bu əhəmiyyətli hadisədə iştirak etmək istəyini bildirib. Azərbaycanlılar bildirir ki, memorial lövhənin açılması və iki prezident arasındakı dostluq ikitərəfli münasibətlərin və Azərbaycan və gürcü xalqları arasında qardaşlığın möhkəmlənməsinə kömək edir.

Gürcüstan və Azərbaycan prezidentləri həmçinin təmir olunmuş Tbilisi metropoliteni stansiyasına baxıblar. Onlar mərkəzi universitet klinikasının tikintisinə də baş çəkəcəklər.

Xəbər lenti

Xəbər lenti