...

Gürcüstan və Azərbaycan prezidentləri Tbilisidə mərkəzi universitet klinikasına baxıblar

Siyasət Materials 7 Fevral 2007 15:23 (UTC +04:00)

Gürcüstan və Azərbaycan prezidentləri Mixail Saakaşvili və İlham Əliyev bu gün Tbilisidə Vaja-Pşaveli prospektində tikilən Mərkəzi universitet klinikasına baxıblar. Trend in Tbilisi müxbiri xəbər verir ki, müəssisənin tikintisi və reabilitasiyası 2007-ci ildə başa çatacaq.

Azərbaycan prezidenti gördüklərindən razı qalıb və məmnunluğunu bildirib. Prezident deyib: "Bu, gözəl tibb mərkəzidir, sizi uğurlarınız münasibətilə təbrik edirəm". İlham Əliyev təcili tibbi yardım mərkəzinə baxıb, nadir əməliyyatlar keçirməyə imkan verəcək ən yeni tibb aparatlarını nəzərdən keçirib. Elə buradaca təcili tibbi yardım göstərilməsi qonaqlara nümayiş olunub.

Mixail Saakaşvili Azərbaycan nümayəndə heyətinə dünyanın aparıcı klinikalarından işləmək üçün Gürcüstana qayıtmış bir neçə həkimi təqdim edib.

Xəbər lenti

Xəbər lenti