...

Ümid Partiyasının sədri ATƏT-in Bakı ofisinin tədqiqatçısı ilə görüş keçirib

Siyasət Materials 7 Fevral 2007 15:24 (UTC +04:00)

Müxalifətçi Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə partiyanın mərkəzi qərargahında ATƏT-in Bakı ofisinin tədqiqatçısı Dimas Camaşevlə görüş keçirib. Bu barədə Trend ə Ümid Partiyasından məlumat verilib.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Qarabağ probleminin həlli yolları müzakirə olunub. Qonaq Ümid Partiyasının gələn il keçiriləcək prezident seçkilərində iştirakı və buna hazırlıq prosesi ilə maraqlanıb. Görüşəd həmçinin Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının formalaşma prinsipləri barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti