...

Azərbaycan DİN-də yeni laboratoriya quraşdırılıb

Siyasət Materials 7 Fevral 2007 15:38 (UTC +04:00)

Azərbaycan Daxili İşlər Nazirliyinin Kriminalistik araşdırmalar idarəsində müxtəlif tozların kimyəvi tərkibinin aşkar edilməsi üzrə ən yeni laboratoriya işə başlayıb. Bu barədə Trend ə Kriminalistik araşdırmalar idarəsinin rəisi Nürəddin Həsənov bildirib.

Azərbaycan DİN strukturlarının texniki təminat proqramı və Amerika Birləşmiş Ştatları ilə beynəlxalq əməkdaşlıq çərçivəsində Kriminalistik araşdırmalar idarəsinə hədiyyə qismində dəyəri 100 000 dollar olan yeni "Xromatomas" laboratoriyası verilib. O, idarədə olan əvvəlki laboratoriyanı əvəz edib. "Xromatomas"ın üstünlüyü bundadır ki, o, həm müxtəlif tozların tərkib hissəsini molekulyar səviyyədə oxuyur, həm də maddənin dəqiq tərkibini verə bilər. Bu isə cinayətin açılmasına və qarşısının alınmasına səbəb olur.

ABŞ-dan Azərbaycana üç belə laboratoriya gətirilib, onlardan ikisi Ədliyyə və Səhiyyə Nazirliyinə verilib. Fevralın 8-də ABŞ-ın Azərbaycandakı səfirliyindən 2 nümayəndə və Rusiya Federasiyasından texnik Səhiyyə, Ədliyyə və Daxili İşlər Nazirliklərinin 6 əməkdaşı üçün "Xromatomas"ın istismarı üzrə beşgünlük treninqlərə başlayacaqlar.

Xəbər lenti

Xəbər lenti