Trend in Astana müxbirinin NATO baş katibinin Mərkəzi Asiya və Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsla eksklüziv müsahibəsi:
- 2007-ci il üçün Fərdi tərəfdaşlıq planının fəaliyyəti çərçivəsində Azərbaycan və NATO arasında əməkdaşılığın inkişaf perspektivləri necədir?
- Bizim Azərbaycanla çox yaxşı, mən hətta deyərdim ki, əla münasibətlərimiz var. Biz Azərbaycanla çox geniş əhatəli məsələləri əks etdirən Fərdi tərəfdaşlıq planı bağlamışıq. Azərbaycanla müzakirə etmək istədiyimiz əsas istiqamət - enerji daşıyıcılarının təhlükəsiz şəkildə tədarük edilməsi məsələsidir, bura həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracatına dair layihə məsələsi də daxildir. Biz bunu Riqa sammitində müzakirə etmişik və konkret olaraq heç bir tədbir nəzərdə tutmamışıq, lakin biz sadəcə bu sahə üzrə daha geniş məsələlər barədə danışıqlar aparmaq istəyirik.
- Sizin Azərbaycana səfərinizin vaxtı müəyyənləşdirilibmi?
- Bəli, biz yaxın vaxtlarda Azərbaycana səfər etmək istəyirik. Biz mətəmadi olaraq Azərbaycana və Qazaxıstana səfərlər edirik.
- Gürcüstan və NATO intensiv əməkdaşlığa keçiblər. Azərbaycanla bağlı planlar necədir?
- Bu gün üçün Azərbaycan bu məsələ ilə bağlı heç bir müraciət və ya fikir bildirməyib. Biz bu məsələni müzakirə etməmişik, əgər Azərbaycan istəyərsə, biz bu məsələyə baxmağa hazırıq.