...

DİP-in Gənclər Təşkilatı "Azadlıq nə deməkdir" mövzusunu müzakirəyə çıxarıb

Siyasət Materials 7 Fevral 2007 16:29 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) Gənclər Təşkilatı partiyanın əsas ideoloji şüarlarından biri olan "Azadlıq və məsuliyyət" mövzusunda dəyirmi masa keçirib. Trend in məlumatına görə, tədbirdə müxtəlif təşkilatları təmsil edən gənclər iştirak ediblər.

Hüquqşünas-ekspert Erkin Qədirli mövzu ilə bağlı gənclərə məruzə edib. O, çıxışında fərdi azadlığın digər azadlıqlara nisbətdə daha üstün olduğunu, azadlıqla məsuliyyətin vəhdət təşkil etidiyini vurğulayıb. Məruzəçinin sözəlriən görə, Azadlıq qayğını inkar, sayğını isə qəbul edir. E.Qədirli insanların azad olması üçün asudə vaxtın müstəsna rol oynadığını qeyd edib.

E.Qədirlinin məruzəsindən sonra gənclər mövzu ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələr nəticəsində gənclərin əksəriyyəti bir fikiri dəstəkləyiblər - fərdi azadlığa daha çox önəm verilməlidir. Tədbirin sonunda gənclər bu tipli müzakirələrin davam etdirilməsinə qərar veriblər.

Xəbər lenti

Xəbər lenti