...

Gürcüstan və Azərbaycan prezidentləri, eləcə də Türkiyənin baş naziri nəqliyyat və energetika sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edirlər

Siyasət Materials 7 Fevral 2007 17:37 (UTC +04:00)

Gürcüstan parlamentinin binasında Gürcüstan prezidenti Mixail Saakaşvili, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Ərdoğanın görüşü keçirilir.

Görüşün əvvəlində Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvilinin jurnalistlərə verdiyi xəbərə görə, görüşdə enerji sahəsində əməkdaşlıq və uzunmüddətli layihələr müzakirə olunacaq. "Enerji məsələləri və uzunmüddətli layihələr haqqında danışacağıq", - deyə o bildirib. Bu barədə Trend Kavkaz-Press-ə istinadən xəbər verir.

"Yeni ideya mübadiləsi aparacaq və üç ölkə arasında uzunmüddətli sabit əməkdaşlıq haqqında danışacağıq", - deyə o qeyd edib.

Gürcüstanın XİN başçısı qeyd edib ki, energetika məsələləri üzrə üç ölkənin əməkdaşlığına mütləq Mərkəzi Asiya dövlətləri qoşulacaq. "Nəqliyyat sahəsində əməkdaşlığa gəlincə, bu sahədə daha irəli gedən perspektivlər var", - deyə nazir bildirib və qeyd edib ki, regional layihələrə Çin, Hindistan və başqa ölkələr də əlavə oluna bilər.

Görüşün sonunda sənədlərin imzalanması planlaşdırılır.

Energetika və nəqliyyat sahəsində əməkdaşlıq sazişləri, eləcə də dəyəri 600 milyon ABŞ dolları olan Bakı-Axalkalaki-Qars dəmir yolunun tikintisi haqqında saziş imzalanacaq.

Xəbər lenti

Xəbər lenti