...

Gəncədə gənc müəllimlərə kompüter dərsləri keçilir

Siyasət Materials 7 Fevral 2007 17:52 (UTC +04:00)

Təhsil Nazirliyinin və "Mədət" təşkilatının mütəxəsisləri Gəncədə gənc müəllimlərə kompüter dərsləri keçir. Bu barədə məlumatı Trendin Qərb Bürosuna ttəşkilatın nümayəndəsi Səadət Quliyeva verib.

S. Quliyeva bildirib ki, seminarın yüksək səviyyəli olması üçün trenerlər xüsusi olaraq paytaxtdan dəvət olunub. "Seminarın keçiriləmsində əsas məqsəd orta məktəblərdə tədrisin keyfiyyətini yüksəldməkdir. Bunun üçün də müəllimlər müasir tələblərə cavab verən texnoloji bilgilərə yiyələnməlidirlər. O cümlədən də kompüter biliklərini artırmalıdırlar. Layihə noyabr ayında işə düşüb və ilin sonuna kimi davam edəcək. Gəncədə isə seminarlara dekabr ayından başlamışıq. Şəhərdə fəaliyyət göstərən bütün məktəblərin müxtəlif fənn müəllimləri hər on gündən bir dəyişdirilərək semianar cəlb edilirlər".

Qeyd edək ki, 4 və 5 saylı orta məktəblərdə təşkil edilən seminarlar mart ayınadək davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti