...

R.T.Ərdoğan: Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayınca Türkiyə sərhəd qapılarını işğalçı Ermənistanın üzünə açmayacaq

Siyasət Materials 7 Fevral 2007 19:45 (UTC +04:00)

Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayınca Türkiyə sərhəd qapılarını işğalçı Ermənistanın üzünə açmayacaq. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən Trend ə bildiriblər ki, bu fikirləri Azərbaycanın müdafiə naziri Səfər Əbiyevi qəbul edərkən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan səsləndirib.

Baş nazir bildirib: "Biz həmişə Azərbaycanla yanaşı olmuşuq və bundan sonra da belə olacaq. Biz bir-birmizə arxa və dayaq olmalıyıq. Türkiyə bütün sahələrdə olduğu kimi, müdafiə sahəsində də Azərbaycanla daimi əməkdaşlığını davam etdirəcək".

Mətbuat xidmətinin məlumatında deyilir ki, Türkiyəyə ikigünlk rəsmi səfəri çərçivəsində (5-6 fevral) S.Əbiyev Türkiyə Baş Qərargah rəisi Yaşar Böyükkanıtla görüşüb. Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Diskusiyaların sonunda S.Əbiyev Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığa dair yeni razılaşma layihəsini Y.Böyükkanıta təqdim edib.

Azərbaycan müdafiə naziri həmçinin Türkiyə müdafiə naziri Vecdi Könül və Türkiyə prezidenti Əhməd Necat Sezərlə də görüşüb, görüşdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin və Qars-Tbilisi-Bakı dəmir yolunun əhəmiyyəti vurğulanıb.

S.Əbiyev Türkiyə müdafiə nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti