...

Elmar Məmmədyarov: Tbilisi deklorasiyasının bütün məsələləri danışılıb

Siyasət Materials 7 Fevral 2007 19:48 (UTC +04:00)

Tbilisi deklorasiyasının bütün məsələləri Gürcüstan, Azərbaycan prezidentləri və Türkiyə baş naziri arasında danışılıb. Trend in Gürcüstan müxbiri xəbər verir ki, bu barədə fevralın 7-də Tbilisidə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

O vurğulayıb ki, bu, həm nəqliyyat dəhlizinə, həm də enerji məsələlərinə aiddir. Nazir qeyd edib: "Böyük iş görülüb, bütün məsələlər razılaşdırılıb və deklorasiyada öz əksini tapacaq".

E.Məmmədyarov bildirib ki, sənəd elə bu gün Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili və Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanacaq.

Xəbər lenti

Xəbər lenti