...

Türkiyənin baş naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 8 Fevral 2007 12:24 (UTC +04:00)
Türkiyənin baş naziri Azərbaycana səfər edəcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov bildirib. Onun sözlərinə görə, səfərin məqsədi - Azərbaycan və Türkiyə diasporlarının birinci forumunun işində iştirak etməkdir.

Azərbaycanın Türkiyədəki diasporluğundan Trend ə bildiriblər ki, forum martın birinci ongünlüyünün sonu üçün nəzərdə tutulub.

Nümayəndə heyətinin tərkibinə Türkiyə hökumət, parlament və ictimaiyyəti nümayəndələrinin daxil olacağı gözlənilir.

Forumda Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətinin ümumi prinsip və əsas istiqamətləri müəyyən ediləcək, həmçinini birgə deklorasiya qəbul ediləcək.

Qeyd edək ki, forumun Bakıda keçirilməsi təşəbbüsü ilə keçən il Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

Xəbər lenti

Xəbər lenti