...

Nazir: Azərbaycan İqtisadi İnkişaf Nazirliyi sement zavodunun tikintisi üzrə AKKORD şirkətinin fikrini dəstəkləyəcək

Siyasət Materials 8 Fevral 2007 13:51 (UTC +04:00)
Nazir: Azərbaycan İqtisadi İnkişaf Nazirliyi sement zavodunun tikintisi üzrə AKKORD şirkətinin fikrini dəstəkləyəcək

İqtisadi İnkişaf Nazirliyi daha bir şirkətin Azərbaycanda sement zavodu tikmək niyyətini bəyənir. Bu barədə Trend xəbər verir.

"Biz bu məhsula olan tələbatı nəzərə alaraq, Azərbaycanın AKKORD tikinti şirkətinin sement istehsal edən müəssisə yaratmaq marağında olduğunu bilirik", - deyə cümə axşamı iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.

Onun sözlərinə görə, daxili istehsal hesabına bu gün tələbatın cəmi 40%-i təmin olunur, 60% isə idxal olunur.

"Əgər AKKORD şirkətinin sement istehsalı nəticəsində bu fərq azalsa, biz layihəni dəstəkləyəcəyik. Şirkət İİN-ə müraciət etməyib, çünki o, yerli investordur, lakin dəstək tələb olunsa, biz bunu edə bilərik", - deyə nazir hesab edir. Onun sözlərinə görə, bunu Sahibkarlığa dəstək milli fondu (SDMF) vasitəsilə də etmək olardı.

Lakin bir maneə var. İş burasındadır ki, SDMF-in verə biləcəyi kreditin maksimal məbləği 3 mln. manat təşkil edir, sementin böyük istehsalının təşkil olunması üçün isə on milyonlarla dollar tələb olunur.

Nazir bu layihədə xarici investorun iştirak etməsi ehtimalını istisna edib.

"Biz indiyədək bu barədə eşitməmişik, lakin Fransanın sement istehsalı ilə məşğul olan Lafarge şirkətinin bu istehsalatda iştirakı istisna olunur, belə ki, o, ayrıca zavod tikmək niyyətindədir", - deyə H.Babayev dəqiqləşdirib.

Ehtimal olunur ki, AKKORD zavodu Tovuz rayonunda inşa edəcək.

Xəbər lenti

Xəbər lenti