...

Gürcü politoloqu Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə hüquqi yanaşmasının düzgün olduğunu hesab edir

Siyasət Materials 8 Fevral 2007 13:58 (UTC +04:00)
Gürcü politoloqu Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə hüquqi yanaşmasının düzgün olduğunu hesab edir

"Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsaslandığı yanaşma duzgündür. Bu problemin həllinə hüquqi yanaşmadır ki, cinayətkarlarla məhz danışmırlar, onları sıxışdırırlar". Bu barədə tanınmış gürcü alimi və politoloq, "Biz özümüz" beynəlxalq siyasi ittifaqın sədri Paata Davitaya Trend ə eksklüziv olaraq məlumat verib.

"Məlum olduğu kimi, Xocalı faciəsinə, eləcə də ermənilərin Dağlıq Qarabağda törətdikləri cinayətlərə dair cinayət işi qaldırılıb və cinayətkarların həbs olunması ilə bağlı beynəlxalq sanksiyalar mövcuddur. Müstəqillik uğrunda guya mübarizə aparmağa çalışan o şəxslər cinayətkardırlar. Separatçılıq mütəşəkkil cinayətkarlığın ən ali formasıdır və onlarla yalnız hüquq çərçivəsində danışmaq lazımdır", - deyə P.Davitaya bildirib.

Xüsusilə Abxaziya münaqişəsi üzrə Gürcüstanda indi baş verənləri Dağlıq Qarabağla müqayisə etmək mümkün deyil, çünki beynəlxalq qüvvələrin bu münaqişəyə müdaxiləsindən sonra bu gün Gürcüstandakı separatçılar bir tərəf kimi çıxış edirlər. "Azərbaycan rəhbərliyinin problemin həllinə düzgün yanaşması nəticəsində Qarabağda belə problem yaranmayıb", - deyə politoloq qeyd edib. O hesab edir ki, məhz Azərbaycan rəhbərliyinin belə yanaşması nəticəsində bu gün Dağlıq Qarabağ separatçıları beynəlxalq arenaya çıxa və orada öz hüquqlarını müdafiə edə bilmirlər.

Qeyd edək ki, Qafqaz tarixinin araşdırılmasında dəyərli töhfəsinə, insan hüquqlarının müdafiəsi, erməni separatçılığı və terrorunu ifşa edən elmi nəşrlərə görə tanınmış gürcü politoloqu Azərbaycan Milli Elmlər Akademiyasının İnsan hüquqları İnstitutunun hüquq professoru adına layiq görülüb. Təltif etmə mərasimi bu gün Azərbaycan MEA İnsan hüquqları institutunda keçirilib.

Xəbər lenti

Xəbər lenti