...

Nazir: İki reytinqin alınması Azərbaycana avrobondların buraxılışına başlamağa imkan verir

Siyasət Materials 8 Fevral 2007 14:08 (UTC +04:00)
Nazir: İki reytinqin alınması Azərbaycana avrobondların buraxılışına başlamağa imkan verir

Azərbaycan Maliyyə Nazirliyi Fitch Raytings beynəlxalq reytinq agentliyindən yeni reytinqin alınması ilə bağlı suveren avrobondların buraxılması istiqamətində işi fəallaşdırmaq niyyətindədir. Bu barədə Trend ə maliyyə naziri Samir Şərifov məlumat verib. Agentlik ölkəyə BB+ səviyyəsində reytinq verib, bu isə investisiya reytinqindən bir pillə aşağıdır.

"Nəticə bizi qane edir, doğrudur, biz daha yüksək reytinq alacağımıza ümid edirdik, lakin bu da normaldır. İndi ölkənin iki reytinqi var və bu, avrobondların buraxılması üzrə işləməyə imkan verir", - deyə nazir bildirib.

Onun sözlərinə görə, tender şərtləri paketi hazırlandıqdan sonra avrobondların buraxılışının təşkili üzrə tender elan olunacaq ki, bu da çox mürəkkət prosesdir. Bu istiqamətdə Fitch Raytings, Standard & Poors beynəlxalq reytinq agentlikləri, eləcə də ikinci reytinq agentliyinin cəlb olunması üzrə ölkənin məsləhətçisi City Group Azərbaycana öz köməklərini təklif edirlər. Hökumətə daha 20 bank (Commerz Bank, BNP Paribas, Deutsche Bank, ABN Amro və s.), JP Morgan şirkəti də avrobondların buraxılmasında yardım göstərməyi məsləhət görüblər.

2007-ci il üçün dövlət büdcəsinin icrasının təsdiq olunması haqqında Prezident fərmanında 249 mln. manat məbləğində avrobondların emissiyasının həyata keçirilməsi nəzərdə tutulub.

İlkin şərtlərə görə, avroistiqrazlar 5 il müddətinə və 5%-ə qədər faiz dərəcəsi ilə buraxılacaqlar.

Azərbaycanla əməkdaşlıq edən banklar avrobond buraxılışını üç mərhələdə həyata keçirməyi təklif edirlər. Birinci mərhələdə yerləşdirmənin özünün hazırlanması, ikincidə - dünya bazarlarında şərtləri öyrənmək və üçüncüdə - istiqrazlarla iş üçün kadr hazırlığı təklif olunur.

Xəbər lenti

Xəbər lenti