...

Baş nazirin müavini: Kontrafakt dərmanların satışı insanlığa qarşı cinayətdir

Siyasət Materials 8 Fevral 2007 15:18 (UTC +04:00)
Baş nazirin müavini: Kontrafakt dərmanların satışı insanlığa qarşı cinayətdir

Bakıda kontrafakt dərman preparatlarına qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans keçirilir. Trend in məlumatına əsasən, görüş Dünya Ticarət Təşkilatı (DTT) və Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) ilə birgə təşkil olunub.

Konfrans kontrafakt dərman preparatlarının satışı, həmçinin beynəlxalq gücün iştirakı ilə onun qarşısının alınması kimi ciddi problemi ictimaiyyətin diqqətinə çatdırmaq üçün gücün səfərbərliyinə yönəldilib. Təbrik nitqi ilə çıxış edən DGK-nin rəhbəri Aydın Əliyev Azərbaycan gömrüyünün ən böyük nailiyyətinin "onun dünya ticarət ailəsinə daxil olması"nı bildirib.

"Konfransın mövzusunu nəzərə alaraq bu cür tədbirin keçirilməsi yalınz Azərbaycan üçün deyil, həmçinin dünyanın bütün ölkələri üçün çox vacibdir", A. Əliyev deyib. Baş nazirin müavini Əli Həsənov Azərbaycanın sosial-iqtisadi inkişafını qeyd edərək, 2005-ci ildə ölkədə ÜMD-nin 26%, 2006-cı ildə isə 35% təşkil etməsi barədə məlumat verib. Bütün sahələrdə Azərbaycanın beynəlxalq münasibətləri dinamik olaraq inkişaf edir, Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf dövlət proqramı uğurla həyata keçirilir. Bu proqram çərçivəsində 173 min yeni iş yeri yaradılıb, 2003-cü ilin oktyabrından bu günə qədər bu göstərici 520 minə çatıb.

Konfransın keçirilməsi məsələsinə gəldikdə hökumət nümayəndəsi hesab edir ki, bu məsələ bu gün üçün çox vacib və aktualdır.

"Kontrafakt dərmanlarının satışı bütün insanlığa qarşı cinayətdir və onunla təklikdə deyil, bütün dövlətlərin gücü ilə mübarizə aparmaq lazımdır", deyə Ə. Həsənov bəyan edib.

Dünya Ticarət Təşkilatının baş direktoru Mişel Dane Azərbaycan hökumətinin Bakıda bu cür tədbirin keçirilməsi, bura sosial tədbirlər, məs; xeyriyyəçi məqsədlərlə konsertləri əlavə edərək təşkil etmək təşəbbüsü ilə çıxış etməsinin sevindirici hal olduğunu qeyd edib.

"Azərbaycan nisbətən cavan dövlətdir, lakin o, vacib tranzit yollarının çarpazlaşdığı yerdə yerləşir. Bu səbəbdən konfrans həm Azərbaycan, həm də bugünkü konfrans iştirakçıları üçün mühüm əhəmiyyət kəsb edir", M. Dane söyləyib. Konfrans işini fevralın 9-da başa vuracaq.

Xəbər lenti

Xəbər lenti