...

YAP sədrinin müavini Əli Əhmədov: "Siyasi partiyalar haqqında" qanunun yenidən işlənməsinə çox ciddi əsaslar var"

Siyasət Materials 8 Fevral 2007 16:31 (UTC +04:00)

"Siyasi partiyalar haqqında" qanunun yenidən işlənməsinə çox ciddi əsaslar var."

Trend in məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov belə deyib.

Ə.Əhmədov vurğulayıb ki, artıq bir neçə ildir ki, Azərbaycanda "Siyasi partiyalar haqqında" yeni qanunun yenidən işlənib hazırlanması barədə söhbətlər aparılır. Onun fikrincə, bu söhbətlərin çox ciddi əsasları var.

"Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Bütövlükdə Azərbaycanda müasir partiyaların formalaşması işində bu qanunun əhəmiyyətini qeyd etməklə yanaşı, onu da vurğulamaq lazım gəlir ki, qanunun qəbul olunmasından ötən müddətdə respublikanın ictimai-siyasi həyatında ciddi dəyişikliklər baş verib, ölkənin demokratikləşməsi geniş vüsət alıb, partiyalar sayca çoxalıb, bu və ya digər hallarda ayrı-ayrı partiyaların ictimai-siyasi həyatda rolu artıb. Iə təbiidir ki, insanların siyasi partiyalar haqqında təsəvvürləri də əhəmiyyətli dərəcədə dəyişib. Bütün bunlar "siyasi partiyalar haqqında" qanunun yeniləşməsinin əsas səbəbləri, şərtləridir", -deyə YAP rəsmisi əlavə edib.

Ə.Əhmədov deyib ki, adıçəkilən qanunun qəbul edilməsindən söhbət gedərkən, təkcə partiyaların maliyyələşməsi məsələsi deyil, digər bir sıra çox vacib problemlər də diqqətə çəkilməlidir.

Onun fikrincə, Azərbaycanın indiki demokratik durumuna uyğun şəkildə partiyaların formalaşdırılması, onların ölkənin ictimai-siyasi həyatında rolunun dəqiq müəyyənləşdirilməsi və funksiyalarının yerinə yetirilməsi, qanunvericilik bazasının yaradılması nöqteyi-nəzərindən sözügedən qanunun və ölkəmizdə mövcud olan siyasi partiyaların maliyyələşməsi məsələsinin də qanunvericilik şəklində təkmilləşdirilməsinə ehtiyac var.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti