...

Azərbaycanın keçmiş səfiri Almaniyanın dövlət mükafatına layiq görülüb

Siyasət Materials 8 Fevral 2007 16:53 (UTC +04:00)

Almaniya-Azərbaycan münasibətlərinin inkişafında xüsus xidmətlərinə görə Azərbaycanın Almaniyadakı keçmiş səfiri Hüseynağa Sadıqov Almaniyanın ali mükafatı - Böyük Xidmət Xaçı Ordeninə layiq görülüb. Bu barədə Trend ə Almaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Orden Almaniya Federativ Respublikasının ali dövlət mükafatı sayılır və mükafatı H.Sadıqova Almaniyanın Azərbaycandakı səfiri Pyer Stankin təqdim edəcək. Təqdimetmə mərasimi fevralın 9-da keçiriləcək.

H.Sadıqov 1992-ci ildən 2005-ci ilə qədər Azərbaycanın Almaniyadakı diplomatik missiyasına rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti