...

AMİP sədri: "Siyasi partiyalar Güney Azərbaycanla bağlı ara-sıra yadlarına düşəndə çıxışlar edirlər"

Siyasət Materials 8 Fevral 2007 17:03 (UTC +04:00)

"Siyasi partiyalar Güney Azərbaycanla bağlı ara-sıra yadlarına düşəndə çıxışlar edirlər. Lakin Azərbaycanın bütövlüyü kimi mühüm bir məsələyə əslində biganədirlər". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov bildirib.

O, qeyd edib ki, müxalifət partiyalarının Güney Azərbaycanla bağlı fəaliyyəti AMİP-i qane etmir. A.Rüstəmov Güney Azərbaycanda gedən milli hərəkatın da bizim üçün ümumilli məsələ olduğunu vurğulayaraq, hərəkatın diqqətdə saxlanmasının və ona dəstək verilməsinin vacibiyini qeyd edib.

A.Rüstəmov milli hərəkat liderlərindən olan Abbas Leysanlının qanunsuz həbsinə etiraz olaraq AMİP-in fevralın 18-də İranın Bakıdakı səfirliyi qarşısında piket keçirəcəyini deyib. Partiya həmçinin fevralın 9-da "Güney Azərbaycan insan hüquqları: mövcud vəziyyət" mövzusunda dəyirmi masa keçirəcək.

Qeyd edək ki, müxalifəti təmsil edən AMİP-in qurucusu və lideri Quzey Azərbaycanda başlanmış milli azadlıq hərəkatının təmsilçiləridən olan Etibar Məmmədovdur.

Xəbər lenti

Xəbər lenti