...

Azərbaycan Dövlət Neft Şirkəti Fransanın Total şirkəti ilə dəniz bloku üzrə memorandum imzalayıb

Siyasət Materials 8 Fevral 2007 17:31 (UTC +04:00)

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Fransanın Total neft şirkəti arasında "Abşeron" dəniz blokunun işlənməsi üzrə "Qarşılıqlı anlaşma haqqında" memorandum imzalanıb. Trend xəbər verir ki, bu barədə ARDNŞ-dən məlumat verilib.

Memorandumun şərtlərinə əsasən, tərəflər 12 ay ərzində əsas kommersiya prinsipləri və hasilatın pay bölgüsü şərtləri haqda müqaviləni razılaşdırmalı və imzalamalıdırlar.

Bu dəniz blokunun işlənilməsi layihəsi vaxtilə xitam verilmiş layihələrdəndir. "Abşeron" layihəsi üzrə tərəfdaşlar ABŞ-ın "ChevronTexaco" (operator-30%), Fransanın "Total" şirkətləri (20%) və ARDNŞ (50%) idi. Bu müqavilə 1997-ci ilin avqustunda imzalanıb və elə həmin il də qüvvəyə minib.

Blokda bir quyu qazılıb. Tərəflər layihənin kommersiya cəhətdən sərfəli olmadığını bildirərək, ikinci quyunu qazmaqdan imtina edib və ARDNŞ-ə müvafiq kompensasiya ödəyiblər. 2005-ci ildə həmin sazişə xitam verilib.

ARDNŞ-də bildirilib ki, hazırda vaxtilə işlənmə üçün səmərəsiz hesab edilmiş digər layihələr üzrə də danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti