...

YAP sədrinin müavini: "YAP 2008-ci ilin prezident seçkilərinə hazırlaşır"

Siyasət Materials 8 Fevral 2007 17:54 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyası 2008-ci il seçkilərinə hələ xeyli vaxt qalmasına baxmayaraq ona indidən hazırlaşmağa başlayıb." Trend in məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov belə deyib.

O vurğulayıb ki, hakim partiyanın fəaliyyətinin çox vacib prinsiplərindən biri istənilən seçkiyə vaxtında hazırlaşmaqdan ibarətdir. "Biz hesab edirik ki, seçkiyə nə qədər yaxşı hazırlaşsaq, əldə edəcəyimiz uğurlar bir o qədər əhəmiyyətli olar. Partiyanın hazırda rayon və şəhər təşkilatlarının konfransları keçirilməkdədir. Bu konfranslar bir tərəfdən partiya nizamnaməsi ilə müəyyən olunmuş müddətlərə uyğun olaraq hesabat-seçki kampaniyasının keçirilməsi, digər tərəfdən partiyanın yerli təşkilatlarının işinə və fəaliyyətinə baxış keçirilməsi, eyni zamanda 2008-ci il prezident seçkilərinə hazırlığa start verilməsi ilə əlaqədardır", -deyə YAP rəsmisi əlavə edib.

Ə,Əhmədov bildirib ki, bu konfransları keçirməklə işlərinin müsbət və nöqsanlı cəhətlərinə bir daha nəzər salmaq, qüvvələrinə növbəti baxış keçirərək, bütün resursları, qüvvələri yerlərdə müəyyənləşdirmək və onları səfərbər etmək istəyirlər ki, növbəti prezident seçkilərinə partiyanın bütün strukturları hazır səviyyəyə gəlib çatsın.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti