...

Avropa Şurasının Bakı ofisi yeni filmin təqdimatını keçirib

Siyasət Materials 8 Fevral 2007 18:04 (UTC +04:00)

Avropa Şurasının Bakı ofisi yeni "Birlikdə" filmini təqdim edib. Filmdə təşkilatın tarixi, onun birləşdirdiyi ölkələr və başlıca prinsiplərdən bəhs olunur. Bu barədə Trend xəbər verir.

Bundan başqa, Avropa Şurasının Azərbaycandakı baş katibinin xüsusi nümayəndəsi Denis Bribosia "Uşaqlara qarşı zorakılığa yox" mövzusunda inşa və şəkil müsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edib. Müsabiqə iştirakçılarına həvəsləndirici hədiyyələr də verilib.

Xəbər lenti

Xəbər lenti