...

ADP Ali Məclisinin üzvü Zəminə Dünyamalıyeva: "ADP rəhbərliyinə daxil olan bəzi şəxslər hədlərini aşıblar"

Siyasət Materials 8 Fevral 2007 19:16 (UTC +04:00)

"ADP sədrinin müavinləri Sərdar Cəlaloğlu, Yaqub Abbasov və Ali Məclisin sədri Akif Şahbazov hədlərini aşıblar." Bu sözləri Trend ə açıqlamasında müxalifətyönlü Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin üzvü Zəminə Dünyamalıyeva deyib.

Ali Məclisin üzvü vurğulayıb ki, partiyanın siyasi xəttini dəyişmək haqqında qərar qəbul edərkən ADP Ali Məclisində yetərsay olmayıb. Akif Şahbazov isə bu qərarı ləğv etmək haqqında sərancam imzalamaqla səlahiyyət həddini aşıb.

"Bu məsələyə Ali Məclisin növbəti iclasında baxılmalı idi", -deyə o əlavə edib.

Z.Dünyamalıyeva əlavə edib ki, partiyanın növbəti qurultayının keçirilməsi haqqında qərar da yetərsay olmadan qəbul olunub. Ona görə də həmin qərarın heç bir hüquqi qüvvəsi yoxdur.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP hazırda "Azadlıq" siyasi partiyalar blokunun üzvüdür. 1991-ci ildə yaradılmış ADP-nin sədri, Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən indiyədək mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti