...

Klassik Xalq Cəbhəsi Partiyası dövlət qeydiyyatına alınıb

Siyasət Materials 8 Fevral 2007 20:00 (UTC +04:00)

Ədliyyə Nazirliyinin fevralın 8-də keçirilən kollegiya iclasında müxalifətyönlü Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) dövlət qeydiyyatına alınması haqqında qərar qəbul olunub. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa iclasda Müsavat və Azərbaycan Milli İstiqlar Partiyalarının Nizamnamələrinə edilən dəyişikliklər təsdiq olunub. Bundan başqa 25 qeyri-hökumət təşkilatının dövlət deydiyyatına alınması haqqında qərar qəbul olunub.

KXCP sədri Mirmahmud Mirəlioğlu Trend ə açıqlamasında bu qərarı yüksək qiymətləndirib. O qeyd edib ki, dövlət qeydiyyatına alınması KXCP-nin fəaliyyətinə müsbət təsir göstərəcək.

Qeyd edək ki, 2006-cı ilin mart ayında Klassik Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. Həmin vaxta qədər partiya Azərbaycan Xalq Cəbhəsi Partiyası adına iddia edirdi və "Klassiklər" AXCP-si kimi tanınırdı. Azərbaycanın eks-prezidenti, AXCP-nin sədri Əbülfəz Elçibəyin müavini olmuş Mirmahmud Mirəlioğlu 2000-ci ildə partiyanın iki yerə parçalanmasından sonra "Klassiklər" qanadına sədrlik edib. 2006-cı ildə partiyanın adında dəyişiklik edilərək KXCP adlandırılıb.

Xəbər lenti

Xəbər lenti