...

Azərbaycan prezidenti saxta dərmanlara qarşı mübarizə üzrə konfransın iştirakçılarına məktub göndərib

Siyasət Materials 8 Fevral 2007 20:23 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev saxta dərmanlara qarşı mübarizə üzrə beynəlxalq konfransın iştirakçılarına məktub göndərib. Bu barədə Trend xəbər verir.

Məktubda bildirilir ki, saxta dərmanlar məsələsi müasir dövrdə insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilib və dövlətlər müxtəlif qlobal təhlükələrlə üzləşir. "Dövlətlərin iqtisadi mənafelərinə ciddi təhdid yaradan və insan sağlamlığını, bütövlükdə gələcək nəsillərin sağlamlığını böyük zərbə altında qoyan kontrafakt dərman məhsullarının dövriyyəsi bu təhlükələrə qarşı dünya dövlətlərinin səylərinin birləşdirilməsini zəruri edir".

Prezident Azərbaycanda iqtisadi təhlükəsizliyin təmin olunması, saxta məhsullara, o cümlədən saxta dərmanlara qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi qəbul olunduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti