...

Azərbaycan prezidenti İtaliyanın beynəlxalq ticarət nazirinin müavinini qəbul edib

Siyasət Materials 8 Fevral 2007 20:40 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də İtaliyanın beynəlxalq ticarət nazirinin müavini, senator Milos Budinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir.

Dövlətimizin başçısı bildirib ki, ölkəmizin iqtisadiyyatı dünyada ən yüksək sürətlə inkişaf edir, İtaliya şirkətləri ilə də uğurlu əməkdaşlıq qurulur.

Senator Milos Budi İtaliya-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişafda olduğunu bildirib. O, Azərbaycanın regional və beynəlxalq siyasətdə rolunun getdikcə artdığını xatırladaraq deyib ki, bu, İtaliya şirkətlərinin Azərbaycana olan marağını daha da gücləndirir. Qonaq əmin olduğunu bildirib ki, İtaliya-Azərbaycan münasibətləri Avropada sabitlik və sülh prosesi çərçivəsində daha da möhkəmlənməkdədir.

Xəbər lenti

Xəbər lenti