...

Azərbaycan XİN rəhbəri: Erməni lobbisinin dövlətlərin xarici siyasi kursuna mənfi təsiri regionda qeyri-sabitliyə səbəb olur

Siyasət Materials 9 Fevral 2007 12:38 (UTC +04:00)

Erməni lobbisinin bəzi dövlətlərin xarici siyasi kursuna mənfi təsiri regionda vəziyyətin qeyri-sabitliyinə səbəb olur. Azərbaycan XİN mətbuat xidmətinə istinadən Trend xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT PA sədri Qoran Lenmarkerlə görüşdə bildirib.

Görüşdə tərəflər Azərbaycanın ATƏT-lə əməkdaşlığının inkişaf etdirilməsi məsələlərini müzakirə edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlara dair fikir mübadiləsi aparıblar.

Münaqişənin tənzimlənmsəində Minsk qrupu həmsədrlərinin cəhdlərini müsbət qiymətləndirərək Azərbaycan XİN rəhbəri Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti