...

Səfir: Türkiyə baş nazirinin Azərbaycana səfəri bir günlük olacaq

Siyasət Materials 9 Fevral 2007 13:06 (UTC +04:00)
Səfir: Türkiyə baş nazirinin Azərbaycana səfəri bir günlük olacaq

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan martın 9-da Azərbaycana bir günlük səfər edəcək. Bu barədə eksklüziv olaraq Trend ə Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə hökuməti başçısının səfərinin əsas məqsədi martın 9-da keçiriləcək Azərbaycan və Türkiyə diasporlarının birinci Formunda iştirak etməkdir. Səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar da planlaşdırılır.

Səfir bildirib ki, Forumda Azərbaycan və Türkiyə diaspor təşkilatlarının qarşılıqlı əlaqələrinin xaricdə möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək, gələcək vəzifələr müəyyənləşdiriləcək.

Türkiyə nümayəndə heyətinin tərkibinə hökumət, parlament və ictimaiyyət nümayəndələrinin daxil olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti