...

Səfir: Bakı və Qars arasında hava nəqliyyatının açılması reyslərin rentabelli olduğu halda baş verə bilər

Siyasət Materials 9 Fevral 2007 14:11 (UTC +04:00)

Bakı və Türkiyənin Qars əyaləti arasında hava nəqliyyatının açılması reyslərin rentabelli olduğu halda baş verə bilər. Trend xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu Azərbaycanın aparıcı KİV rəhbərləri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Türkiyə hökuməti Qars və Bakı arasında hava nəqliyyatının açılması imkanını müsbət qiymətləndirir və dəstəkləyir. Lakin bu cür hava nəqliyyatının açılmasının yalnız siyasi səbəbi olmamalı, həm də iqtisadi cəhətdən məqsədəuyğun olmalıdır, çünki əks halda aviaşirkət öz ziyanına işləməyəcək. O hesab edir ki, hər iki ölkənin dövlət və özəl aviaşirkətləri bu cür reyslərin açılması imkanını nəzərdən keçirə bilər və bunun rentabelli olduğu halda uçuşlara başlaya bilər. Bu zaman H.Qarslıoğlu həm çarter reyslərinin açılmasını, həm də Bakıdan İstanbula, Ankaraya və əksinə uçan təyyarələrin Qarsda dayanmasını mümkün hesab edir.

Xatırladaq ki, Qars əyalətinin rəhbərləri bu yaxınlarda Azərbaycanın aparıcı KİV nümayəndələri ilə görüşdə Qars və Bakı arasında hava nəqliyyatını açmaq arzusunda olduqlarını bildirib. Onların fikrincə, hava nəqliyyatının açılması bir tərəfdən iqtisadi, mədəni əlaqələri genişləndirəcək, digər tərəfdən isə - Qars Türkiyə bölgəsinin başqa əyalətlərinə və əksinə getmək istəyənlər üçün tranzit şəhəri ola bilər.

Xəbər lenti

Xəbər lenti