...

Nazir: 2007-ci ildə vergilərin 80%-dən çoxu Azərbaycanın iri vergi ödəyiciləri tərəfindən təmin ediləcək

Siyasət Materials 9 Fevral 2007 14:16 (UTC +04:00)
Nazir: 2007-ci ildə vergilərin 80%-dən çoxu Azərbaycanın iri vergi ödəyiciləri tərəfindən təmin ediləcək

Trend xəbər verir ki, Azərbaycan vergilər naziri Fazil Məmmədov bu gün Bakıda iri vergi ödəyiciləri ilə iş üzrə dipartamentin binasının təntənəli açılışını keçirib.

Açılış mərasimində nazir bildirib ki, departament 2001-ci ildən mövcuddur, lakin icarəyə götürülmüş binada yerləşirdi.

O bildirib: "Bu gündən etibarən tikintisinə 1,2 mln. manat sərf etdiymiz bu bina bizə məxsusdur".

Binanın sahəsi 4500 m2 təşki edir.

Nazir qeyd edib: "İkinci rübdən etibarən vergi ödəyiciləri vergi bəyənnamələrini elektron şəklində təqdim edə bilərlər".

Binanın açılış mərasimində ölkənin iri vergi ödəyiciləri, əsasən "Azərsu" SC, "Azərcell" BM iştirak edib. Nazirliyin iri vergi ödəyiciləri ilə iş üzrə departamentin rəhbəri Sahir Məmmədxanovdur.

Nazirin sözləriə görə, 2007-ci ildə vergilərin 80%-dən çoxu Azərbaycanın iri vergi ödəyiciləri tərəfindən təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti