...

Müsavat funksioneri A.Hacılı: "ADP hakimiyyətlə deyil, Müsavat Partiyası ilə mübarizə aparır"

Siyasət Materials 9 Fevral 2007 14:19 (UTC +04:00)

"Azərbaycan Demokrat Partiyası hakimiyyətlə deyil, Müsavat Partiyası ilə mübarizə aparır". Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılı bildirib.

O, qeyd edib ki, Müsavat Partiyası ADP-nin öz siyasi kursunu dəyişməsi ilə bağlı mövqeyini müzakirə edib və pisləyib. Bununla Müsavat Partiyası ADP ilə bağlı məsələyə nöqtə qoyub: "Bundan sonra biz ADP-nin ittihamlarına heç bir cavab verməyəcəyik. Yalnız bir cümlə ilə proqnoz verirəm ki, ADP-nin qurultayından sonra o, tamam başqa bir partiya olacaq".

A.Hacılı əlavə edib ki, Müsavat Partiyasının hazırda ADP ilə, həmçinin onun təmsil olunduğu "Azadlıq" bloku ilə əməkdaşlığı mümkün deyil.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası ötən il ADP ilə birgə "Azadlıq" blokunda təmsil olunub. Müsavatın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri və 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti