...

18 fevral aksiyasının ardınca Müsavat Partiyası bu il üçüncü yürüş-mitinqini təyin edəcək

Siyasət Materials 9 Fevral 2007 14:31 (UTC +04:00)

Müsavat Partiyasının fevralın 18-də yürüş-mitinqi başa çatdıqdan sonra növbəti - üçüncü yürüş-mitinq barədə qərar çıxaracaq. Bu barədə Trend ə Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılı məlumat verib.

O, qeyd edib ki, partiyanın etiraz aksiyaları davamlı olacaq. A.Hacılının sözlərinə görə, bəzi partiyalar Müsavatın 18 fevralda keçiriləcək aksiyasında iştirak edəcək. Bu aksiyanın ardınca Müsavat bu il üçüncü yürüş-mitinqini təyin edəcək. Qeyd edək ki, ölkədə qiymət artımına etiraz olaraq Müsavat Partiyası yanvarın 28-də metronun "Həzi Aslanov" stansiyası yaxınlığından yürüşlə başlayaraq "Ükrayna" meydanında mitinq keçirdi. Həmin marşrut üzrə növbəti aksiya fevralın 18-də olacaq.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 5 nəfər deputatla parlamentlə təmsil olunur. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri və 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti