...

Ədalət Partiyasının sədri:"Ədalət və Azadlıq partiyalarının birgə fəaliyyətilə bağlı işçi qrupu bizə təkliflər verməyib"

Siyasət Materials 9 Fevral 2007 16:13 (UTC +04:00)

"Ədalət Pariyası və Azadlıq Partiyası birgə fəaliyyətlə bağlı niyyətlərini bildiriblər. Lakin hələlik heç bir birlik, yaxud koalisiya yaradılmayıb". Bu fikirləri Trend ə açıqlamasında Ədalət Partiyasının sədri İlyas İsmayılov bildirib.

İ.İsmayılov bu iki partiyanın birləşməsi, yaxud da onların yeni birliyinin yaradılması barədə məlumatların heç birini təsdiqləməyib: "İki partiyanın birgə fəaliyyətinə dair hər partiyadan iki nəfər olmaqla işçi qrupu yaradılıb. Bu əməkdaşlığın hansı formada olmasını da işçi qrupu müəyyənləşdirəcək və bizə öz təkliflərini təqdim edəcək. Hələlik bizə heç bir layihə təqdim olunmayıb"-deyə İ.İsmayılov qeyd edib.

Qeyd edək ki, müxalifəti təmsil edən Ədalət Partiyasının sədri parlmentin deputatıdır.

Xəbər lenti

Xəbər lenti