...

Azərbaycanda daha 100 daşınmaz əmlak sahibi dövlət "mühafizəsi" istəyindədir

Siyasət Materials 9 Fevral 2007 16:17 (UTC +04:00)

2007-ci ilin əvvəlindən etibarən Azərbaycan Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinə Bakı şəhəri ərazisində dövlət və özəl obyektlərin polislər tərəfindən mühafizəsi üçün 100 ərizə verilib. Bu barədə Trend ə Mühafizə İdarəsindən bildiriblər.

Bu ilin yanvarından başlayaraq idarə tərəfindən paytaxtda 30 obyekt mühafizə altına alınıb, bu oyektlər arasında şəxsi mənzillər də var. Polis tərəfindən mühafizə edilən bütün obyektlərdə naqilli və naqilsiz siqnalizasiyalar qurşdırılır. Sonuncunun quraşdırılmasını vasitəçii firmalar öz öhdəsinə götürür.

Dövlət mühafizəsi o qədər də baha deyil, bu və ya digər yerin aid olduğu kateqoriyadan asılıdır. Minimum ödəniş isə ayda bir neçə qəpik təşkil edir.

Xəbər lenti

Xəbər lenti