...

2007-ci il Azərbaycanda Gənclər ili elan olunub

Siyasət Materials 9 Fevral 2007 17:44 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev 2007-ci ilin ölkədə Gənclər ili elan olunması haqqında sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.

Sənəddə qeyd olunub ki, 2007-ci il Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədi ilə Gənclər ili elan olunub.

Dövlət başçısı öz sərəncamı ilə Gənclər ili üzrə tədbirlər planını təsdiq edib. Ölkənin Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

Xəbər lenti

Xəbər lenti