...

ATƏT Parlament Assambleyasının sədri müxalifət liderləri ilə görüşmədi

Siyasət Materials 9 Fevral 2007 18:12 (UTC +04:00)

Azərbaycanda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri, qurumun Dağlığ Qarabağ üzrə məruzəçisi Qoran Lenmarker müxalifət partiyalarının rəhbərləri ilə görüşmədi. Trend in məlumatına görə, Q.Lenmarker fevralın 9-da ATƏT-in Bakı ofisində bir neçə qeyri-hökumət təşkilatının nümayəndələri, hüquq müdafiəçiləri və vəkillərlə görüşsə də onlar arasında müxalifət partiyalarının təmsilçiləri olmayıb.

Qeyd edək ki, Azərbaycana səfər edən beynəlxalq təşkilatların nümayəndələri adətən rəsmi görüşlərlə yanaşı vətəndaş cəmiyyətinin nümayənləri ilə də görüşürlər.

Milli Məclisdən bildiriblər ki, ATƏT PA-nın sədrinin qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşünü ATƏT-in Bakı ofisi təşkil edib.

Gün ərzində ATƏT-in Bakı ofisindən məsələ ilə bağlı hər hansı şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, belə görüşlər iki halda - ya müxalifət liderləri qonaqla, ya da qonaq müxalifət təmsilçiləri ilə görüşmək istəməyəndə baş tutmur.

Xəbər lenti

Xəbər lenti