...

Azərbaycan prezidenti İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 9 Fevral 2007 18:31 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul edib. Bu barədə Trend xəbər verir.

Görüşdə Azərbaycanla İran arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Mehdi Səfəri İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlət başçısına çatdırıb.

İranın Azərbaycandakı səfirliyindən Trend ə verilən xəbərə görə, M.Səfəri birgünlük səfəri zamanı həmçinin azərbaycanlı həmkarı - xarici işlər nazirinin müavini Xələf Xələfovla da görüşüb. Tərəflər Xəzərin hüquqi statusunun müəyyən olunması məsələsi üzrə ikitərəfli məsləhətləşmələr aparıb.

Xəbər lenti

Xəbər lenti