...

Azərbaycan prezidenti məşhur alim Fərman Salmanovu qəbul edib

Siyasət Materials 9 Fevral 2007 19:33 (UTC +04:00)

Trend in məlumatına əsasən, fevralın 9-da Azərbaycan prezidenti İlham Əliyev məşhur alim, neftçi-geoloq Fərman Salmanovu qəbul edib.

Fərman Salmanov Azərbaycana gəlməsi və prezidentlə görüşmək imkanından qürur duyduğunu bildirib. O, onun üçün yüksək səviyyədə məişət şəraitinin yaradıldığı üçün minnətdarlığını bildirib.

İ. Əliyev alimin geologiya elmində xidmətlərini, onun elmi uğurlanın Azərbaycan üçün qürur olduğunu qeyd edib. Dövlət başçısı vətəndə Fərman Salmanova gələcəkdə də diqqət yetiriləcəyini vurğulayıb.

F. Salmanov prezidentə xatirə saatı hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti