...

Azərbaycan biznesin aparılmasının keyfiyyətinə görə MDB-də birinci yeri tutub

Siyasət Materials 9 Fevral 2007 19:49 (UTC +04:00)
Azərbaycan biznesin aparılmasının keyfiyyətinə görə MDB-də birinci yeri tutub

Trend in məlumatına əsasən, "Azərbaycan Marketinq Cəmiyyəti" və Azərbaycan İqtisadi İnkişaf Nazirliyi cümə günü Dünya İqtisadi Forumunun 2006-2007-ci illər üçün "Qlobal Rəqabət Hesabatı"nın təqdimatını keçirib.

Cəmiyyətin idarə heyətinin rəhbəri Rəhim Hüseynov bu layihənin Azərbaycan iqtisadi inkişafının qiymətləndirilməsində əhəmiyyətini vurğulayıb.

İqtisadi İnkişaf Nazirliyinin departament direktoru Şahin Sadıxov yaxın gələcəkdə Azərbaycanda sahibkarlığın inkişafı üçün yeni qanunun qəbulunn nəzərdə tutulduğunu söyləyib.

Cəmiyyətin icraçı direktoru Fuad Əliyev tədqiqatlar nəticəsində Azərbaycanın 64-cü, MDB-də 3-cü yeri tutması nəticəsini vermiş qlobal rəqabətin indeksini nəzərə çatdırıb.

- əsas tələblərin subindeksinə görə - dünyada 56-cı və MDB-də 2-ci yer,

- infrastrukturun inkişafına görə - MDB-də 1-ci və dünyada 56-cı yer,

-mikroiqtisadiyyatın inkişafına görə - MDB-də 2-ci və dünyada 17-ci yer,

- səhiyyə və ilkin təhsilin inkişafına görə - MDB-də 9-cu və dünyada 96-cı yer,

- iqtisadiyyatın effektliyinin yüksəliş parametrləri - MDB-də 4-cü və dünyada 78-ci yer,

- ali təhsil və tədrisin inkişafına görə - MDB-də 8-ci və dünyada 82-ci yer,

- bazar səmərəliliyinin inkişafına görə - MDB-də 4-cü və dünyada 81-ci yer,

- texnoloji hazırlıq - MDB-də 3-cü və dünyada 76-cı yer,

- innovasiya amilləri - MDB-də 1-ci və dünyada 70-ci yer,

- biznesin aparılması keyfiyyəti - MDB-də 1-ci və dünyada 70-ci yer

Azərbaycanda biznes rəqabətinin indeksinə görə, Azərbaycan MDB-də 2-ci və dünyada 7-ci, biznes mühiti - MDB-də 3-cü yer və dünyada 78-ci yer, işin keyfiyyəti və şirkətin strategiyası - MDB-də 1-ci və dünyada 66-cı yeri tutub.

Xəbər lenti

Xəbər lenti