...

Azərbaycan prezidenti Vergilər Nazirliyi əməkdaşlarını mükafatlandırıb

Siyasət Materials 9 Fevral 2007 20:16 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev fevralın 9-da Vergilər Nazirliyi əməkdaşlarına xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.

Sərəncama əsasən, vergilər nazirinin birinci müavini Mustafayev Şahin Abdulla oğlu və vergilər nazirinin müavini Əmirov Natiq Arzuman oğluna 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.

Prezidentin başqa bir sərəncamı ilə Vergilər Nazirliyinin dövlət qulluğunda fərqlənmiş bir qrup əməkdaşı isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti