...

YAP-ın Gəncə şəhər təşkilatı təhsil müəssisələrində görüşlər keçirir

Siyasət Materials 10 Fevral 2007 11:52 (UTC +04:00)

YAP-ın Gəncə şəhər təşkilatı təhsil müəssisələrində görüşlər keçirir. Trendin Qərb Bürosunun verdiyi məlumata görə, ilk belə görüş Gəncə Tibb Məktəbində təşkil olunub.

YAP-ın Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılovun sözlərinə görə, bu ilk görüş olsa da, Gəncədə olan digər 7 ali tiəhsil müəssisəsində də bu tip görüşlər keçiriləcək. "Hazırda Gəncədə olan ali məktəblərdə təhsil alan gənclərin 80 faizə qədəri YAP üzvüdürlər. Görüşlərimizin keçiriləmsində məqsəd "YAP-a üzvlük gənclərə nə verdi" sualını cavablandırmaq və bu fikir üzərində müzakirələr aparmaqdır. Biz gənclərə siyasi idealogiya seçimində tam azadlıq vermişik. Gənclərin YAP-a axını onu göstərir ki, onların müxalifət partiyalarına meylləri yoxdur".

Gənclər və İdman İdarəsinin gənclər sektorunun müdiri Elçin Veyisov və digər çıxış edənlər gənclərin problemlərinə toxundular və bu yöndə görüən işlərdən danışdılar.

Xəbər lenti

Xəbər lenti