...

İslamabadda Azərbaycan və Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə ediləcək

Siyasət Materials 10 Fevral 2007 12:04 (UTC +04:00)

Aprel ayında İslamabadda Azərbaycan və Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri üzrə müzakirələr aparılacaq. Bu barədə Trend ə Azərbaycanın Pakistandakı səfirliyinin məsləhətçisi Sabir Rzayev məlumat verib.

Onun sözlərinə görə, danışıqlar Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun Pakistana rəsmi səfəri çərçivəsində baş tutacaq. Hazırda səfirlik səfər proqramı üzərində çalışır.

Diplomatın qeyd etdiyinə görə, iki dövlətin əməkdaşlığı məsələləri bu yaxınlarda Yavər Camalovun Pakistanın müdafiə sənayesi nazirliyinin katibi Şaiq Siddiq Termidi ilə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirakı çərçivəsində keçirilən görüşdə müzakirə edilib.

Azərbaycanın müdafiə sənayesi rəhbəri komissiyanın tərkibinə daxildir. Görüşdə tərəflər bu sahədə iki ölkə arasında əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib. Pakistan tərəfi Azərbaycan həmkarları ilə Azərbaycanın müdafiə sənayesinin yaradılması sahəsində təcrübələri ilə bölüşməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti