...

Məcburi köçkünlər dəmir yolunu bağlayıblar

Siyasət Materials 10 Fevral 2007 12:09 (UTC +04:00)

Ötən gün axşam saat 19:40 radələrində Bərdə rayonun Kələntərli kəndində müvvəqəti məskunlaşan köçkünlər Köçəri- Bakı istimqamətində hərəkət edən dəmir yolunu 30 dəqiqəyə yaxın bağlayıblar. Aksiyada iştirak edən 150 yaxın köçkün bunun səbəbini elektrik enerjisini gün ərzində cəmi 5-6 saat verilməsi ilə əlaqədar olduğunu, bu cür vəziyyətin bir aya yaxın davam etdiyini bildirdilər.

Onlar həmçinin qeyd etdilər ki, işıq olmayanda su ilə də problemlər yaranır. Çunki su nasosların mühərikləri işıqla işləyir. Bununla bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, hələlik heç bir cavab və nəticə yoxdur. Məcburi köçkünlər onu da qeyd etdi ki, onlara hər ay dövlət tərəfindən verilən müavinətlərdən kommunal xərcləri çıxılır. Bu kommunal xərclərin içərisində də elektrik enerjisi və su təchizatı da var. Hər ailədən adamsayına 3 manat pul götürülür.

Məsələyə münasibət bildirən Bərdə Rayon İcra Hakimiyyəti umumi şöbəsinin müdiri İsa Hacıyev Trend in regional müxbirinə bildirdi ki, məcburi köçkünlərin problemi ilə maraqlanıb, aidiyyatı orqanlara müraciət edib, problemlər aradan qaldırılacaq.

Xəbər lenti

Xəbər lenti