...

AMİP İran səfirliyi qarşısında etiraz aksiyası keçirməkdə israrlıdır

Siyasət Materials 10 Fevral 2007 13:45 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılıq verilməsə belə, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) fevralın 16-da İran səfirliyi qarşısında piket keçirməyə cəhd Göstərəcək. Bu barədə Trend ə partiyanın sədri Ayaz Rüstmov məlumat verib.

O bildirib ki, AMİP-in Siyasi Şurası Güney Azərbaycana bağlı bir neçə etiraz aksiyası keçirməyə qərar verib. İlk piket fevralın 16-a təyin olunub. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mənfi cavab verilsə də, AMİP fəalları piketi keçirməkdə israrlıdır.

A.Rüstəmov onu da deyib ki, Güney Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz olaraq təbirlərin keçirilməsini AMİP-in lideri Etibar Məmmədov da dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti