...

Azərbaycan DİN Miqrasiya xidməti tərəfindən inzibati qaydada 89 mühacir saxlanılıb

Siyasət Materials 10 Fevral 2007 13:50 (UTC +04:00)

2007-ci ilin əvvəlindən fevralın 7-nə qədər Azərbaycan Daxili İşlər Nazirliyinin Miqrasiya xidməti tərəfindən inzibati qaydada 89 mühacir saxlanılıb. Bu barədə Trend ə DİN Miqrasiya xidəmti rəisi Şövqi Hadıyev bildirib.

Saxlanılanların 18-i Pakistan, 37-si İran, 8-i Hindistan, 7-si Özbəkistan, 4-ü Nigeriya, 3-ü Rusiya Federasiyası və 3-ü Gürcüstan vətəndaşıdır. Onlardan 41 nəfəri inzibati qaydada Azərbaycan ərazisindən çıxarılıb, bu çıxarılanların 9-u Pakistana, 24-ü İrana, 3-ü Özbəkistana və başqa ölkələrə göndərilib.

Qeyd edək ki, Azərbaycan sərhədini qeyri-qanui keçdiyi üçün cinayət məsuliyyətinə 2 mühacir cəlb edilib.

Xəbər lenti

Xəbər lenti